Aylıq kontent planı necə hazırlanır: addım-addım bələdçi

"Bu gün nə paylaşaq?" sualı hər gün yaranırsa, deməli kontent planınız yoxdur. Plan vaxta qənaət edir, səhifəni nizamlı saxlayır və hər postun bir məqsədə xidmət etməsini təmin edir.
Addım 1. Məqsədi yazın
Bu ay nə istəyirsiniz: yeni izləyici, müraciət, yoxsa konkret məhsulun satışı? Məqsəd bütün planın istiqamətini müəyyən edir.
Addım 2. Kontent rubrikalarını seçin
Rubrika — təkrarlanan mövzu növüdür. Məsələn:
• Faydalı məsləhətlər.
• Məhsul və xidmət təqdimatı.
• Müştəri rəyləri.
• Pərdə arxası.
• Kampaniyalar və təkliflər.
Satış postları ümumi kontentin təxminən üçdə birini keçməsin — qalanı dəyər verən və əlaqə quran kontent olsun.
Addım 3. Tarixləri və formatları bölün
Hansı gün post, hansı gün Reels, hansı gün story. Bayramları, xüsusi günləri və kampaniya tarixlərini əvvəlcədən qeyd edin.
Addım 4. Mətnləri və vizualları hazırlayın
Hər post üçün başlıq, mətn, çağırış və heşteqlər. Dizayn və çəkilişləri bir neçə günlük bloklarla planlamaq vaxt qazandırır.
Addım 5. Təsdiq və yayım
Kontenti yayımdan əvvəl yoxlayın və planlaşdırma alətləri ilə vaxtında paylaşın.
Addım 6. Nəticəni təhlil edin
Ay sonunda hansı postların daha çox baxış, saxlanma və müraciət gətirdiyinə baxın. Növbəti ayın planını bu nəticələrə görə qurun.
Plan hazırlamağa vaxtınız yoxdur?
Babasoy Media-nın bütün paketlərinə aylıq kontent planı və hesabat daxildir. Start paketi 600 ₼/ay-dan başlayır: 8 qrafik post, 4 mobiloqrafiya çəkilişi, kontent planı və aylıq hesabat.
Səhifəniz üçün kontent planı hazırlayaq — babasoymedia.az.